Müdafiə naziri xüsusi təyinatlıların buraxılış mərasiminə qatıldı
24 iyun 2014 15:23 (UTC +04:00)

Müdafiə naziri xüsusi təyinatlıların buraxılış mərasiminə qatıldı

0

Bu gün xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi məzunlarının buraxılış mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov də iştirak edib. Z.Həsənov ümummilli lider Heydər Əliyevin hərbi məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

 

Mərasimdə hərbçilərlə yanaşı, çoxsaylı qonaqlar, məzunların valideynləri və yaxınları iştirak ediblər. 
 

Sonra müdafiə nazirinə şəxsi heyətin mərasimə hazır olması barədə raport verilib. Buraxılış mərasiminin iştirakçılar Heydər Əliyevin, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək Dövlət himni ifa edilib.

 

Z.Həsənov mərasimdə geniş nitqlə çıxış edib.

 

Məzunlara ali hərbi məktəbi bitirmələri barədə diplomlar təqdim edilib.


Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Döyüş Bayrağının təhvil-təslimi keçirilib.
 

Bayraq məzunlara verildikdən sonra Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri ilə birlikdə məzunların ifasında məktəbin marşı da ifa edilib.

 
Sonda şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1280

Oxşar yazılar