Motosikletlə VAZ toqquşdu: 2 yaralı
16 sentyabr 2017 22:24 (UTC +04:00)

Motosikletlə VAZ toqquşdu: 2 yaralı

Neftçalada baş verən avtoqəzada 2 nəfər xəsarət alıb

 

Neftçalada 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.  

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan-Neftçala magistral yolunun Neftçala rayonu Ballıcalı kəndi ərazisindən keçən hissəsində “VAZ 2106” markalı  avtomobilin motosikletlə toqquşması nəticəsində həmin kəndin sakinləri, 20 yaşlı Ayaz Bulud oğlu Məmmədli və 22 yaşlı Rəfael Ramiz oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar