Moskvada azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən 3 tələbə saxlanılıb
23 iyun 2014 17:38 (UTC +04:00)

Moskvada azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən 3 tələbə saxlanılıb

 

Moskvada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər tələbə saxlanılıb.


 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər “Restrukt” millətçi hərəkatın üzvləridir.

 

İstintaqın versiyasına əsasən, tələbələr 2014-cü ilin oyunun 2-də Azərbaycan vətəndaşı Zaur Alışova bədən xəsarətləri yetiriblər. Nəticədə bir müddətdən sonra Z.Alışov xəstəxanada ölüb. 

 

Saxlanılan şəxsləri 15 ilədək həbs cəzası gözləyir.

 

Qeyd edək ki, “Restrukt” hərəkatı nasizmi təbliğ edir. Onun liderlərindən biri olan Maksim Martsinkeviç milli ədavətin qızışdırılmasına görə həbs olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725
avatar

Oxşar yazılar