Rusiya paytaxtı yaxınlığında azərbaycanlılardan ibarət cinayətkar qruplaşma yaxalanıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılmış şəxslər qarət və qətllər törətməkdə şübhəli bilinirlər.
Cinayət qruplaşmanın 2 il ərzində müxtəlif cinayətlər törətdiyi bildirilir. Rusiya hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayətkarlar ən azı 4 dəfə Moskvaətrafı qəsəbələrdə kommersiya təşkilatlarının ofislərinə və fərdi evlərə hücumlar ediblər.
Azərbaycanlıların yer aldığı qruplaşma Kaluqa vilayətində Azərbaycan vətəndaşının qətlində də şübhəli bilinir. Cinayətkarlar digər azərbaycanlıdan isə pul tələb ediblər.
Saxlanan şəxslərin 30-34 yaşında olduğu bildirilir.
Hazırda Rusiya hüquq-mühafizə orqanları araşdırma aparır, cinayət işi qaldırılıb.