Moskvada azərbaycanlı sürücü yanıb külə döndü
09 noyabr 2013 19:14 (UTC +04:00)

Moskvada azərbaycanlı sürücü yanıb külə döndü

Moskvanın Kutuzov prospekti ilə Minsk küçəsinin kəsişməsində iki atomobilin toqquşması nəticəsincə sürücülərin biri dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bu barədə anspress Rusiya mətbuatına istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, “Honda” markalı avtomobil yolun qarşıdan gələn zolağına çıxaraq çörək daşıyan “Qazel”lə toqquşub. 

Zərbə həddindən güclü olub. Yük maşının kuzasının qabaq hissəsi zədələnib və kapot qoparılıb. “Honda” isə ani yanıb və sürücünü çıxarmaq mümkün olmayıb. O, hadisə yerində keçinib. “Honda”nın həlak olan sürücüsü 41 yaşlı Azərbaycan vətəndaşı Müğdət İsmayılov olub. “Qazel”i idarə edən Tacikistan vətəndaşı Əbubaci Babaconov ağır şəkildə reanimasiyaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5332
avatar

Oxşar yazılar