Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb.
APA-nın xəbərinə görə, Teymur Abdullayev raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.
Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.