<b>Maskalı şəxs mişarla evə basqın edib xeyli pul apardı</b>
27 iyul 2018 18:00 (UTC +04:00)

Maskalı şəxs mişarla evə basqın edib xeyli pul apardı

Astara rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə özgəsinə məxsus yaşayış evinə daxil olaraq quldurluq yolu ilə ev sahibinin pulunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə Astara rayonunun Şahağacı kənd sakini olan bir qadın DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək iyunun 27-də gecə saatlarında üzünə maska geyinmiş naməlum şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyib 5000 rus rublu və 2000 manat pulunu ələ keçirdiyini bildirib. RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla həmin şəxsin Astara rayonunun Şahağacı kənd sakini Rövşən Abdullayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra cinayət hadisəsi zamanı istifadə etdiyi əlcək, maska və quldurluq yolu ilə əldə etdiyi 5000 rus rublu maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar