Türkiyədə 17 dekabr rüşvət əməliyyatında saxlanılan azərbaycanlı, Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov azadlığa buraxılıb.
Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, ilkin məlumata əsasən, Mirməhəmməd Seyidov bu dəqiqələrdə İstanbul reysi ilə Bakıya göndərilir. Onu Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa, 7 gömrük işçisi, 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.
Onların adının hallandığı o məşhur rüşvət əməliyyatında bununla da həbsdə qalan olmayıb. Amma həmin əməliyyat Türkiyə iqtidarını siyasətində bir çox dəyişikliklər etməyə vadar edib.