Mingeçevirdən avtomobil oğurladı, Ağdaşda tutuldu
25 iyul 2018 12:16 (UTC +04:00)

Mingeçevirdən avtomobil oğurladı, Ağdaşda tutuldu

Mingeçevirdə oğurlanan avtomobil Ağdaşda tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 24-də saat 8 radələrində Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.    

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil həmin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Yevlax rayon sakini Sərxan Əliyev olduğu müəyyən edilib.

Mingəçevir ŞPŞ-də araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Oxşar yazılar