Mingəçevirdə iki qardaş kanalda boğuldu
12 noyabr 2014 04:43 (UTC +04:00)

Mingəçevirdə iki qardaş kanalda boğuldu

Mingəçevirdə iki qardaş Yuxarı Qarabağ kanalında boğulub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib. Ağdərə rayonundan məcburi köçkün 13 yaşlı Novruzov Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Novruzov Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş Ö. Novruzov kiçik qardaşı Ü. Novruzovun suda boğulduğunu görüb, onu xilas etmək üçün kanala atılıb, nəticədə hər ikisi batıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünən axşam saatlarından hadisə yerinə cəlb edilib, qardaşların tapılması istiqamətində işlər aparılır.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2096
avatar

Oxşar yazılar