Mingəçevirdə iki “VAZ” toqquşdu: [b]2 yaralı[/b]
24 iyul 2018 01:33 (UTC +04:00)

Mingəçevirdə iki “VAZ” toqquşdu: [b]2 yaralı[/b]

Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki, “VAZ 21012” markalı maşın “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü - 1977-ci il təvəllüdlü Həşimov Nurəddin Şahməddin oğlu və 1971-ci il təvəllüdlü Baxşəliyev Nəriman Salih oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar