![[b]38 yaşlı Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB - RƏSMİ[/b]](https://lent.az/storage/news/2019/may/10/big/04991b6112eb27099380d9d97fbe3b26.jpg)
[b]38 yaşlı Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB - RƏSMİ[/b]
Dünən axşam saatlarında şəhərin sağ sahil yaşayış massivində naməlum şəraitdə 1981-ci il təvəllüdlü şəhər sakini Məmmədov Naib Emil oğlunu bıçaqlayaraq ona ağır xəsarət yetirən şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata əsasən, cinayəti törədən şəxs 1985-ci il təvəllüdlü Fəqan Baxışovdur.
Qeyd edək ki, F. Baxışov Bərdə rayon sakinidir, amma hazırda Mingəçevirdə yaşayır. İlkin dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini şəxsi münaqişə zəminində törətdiyini etiraf edib.
Aldığı bıçaq zərbələrindən ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilən Naib Məmmədovun durumunun ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
21:02, 9 may
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu küçəsi ərazisində yerləşən “Sağ sahil” massivində baş verib.
1981-ci il təvəllüdlü Məmmədov Naib Emil oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanaraq, ağır xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralı dərhal əməliyyat olunub. Durumu həkimlər tərəfindən ağır qiymətləndirilir.
Cinayəti törədən şəxsin adı və soyadının müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Oxşar yazılar

Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17