Millət vəkilinin oğlu polis rəisi təyin edilib
26 oktyabr 2013 14:15 (UTC +04:00)

Millət vəkilinin oğlu polis rəisi təyin edilib

Bakının yeni yaradılan rayonuna polis rəisi təyin edilib.

 

APA-nın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi Pirallahı Rayon Polis Şöbəsi statusu alıb.

 

Keçmiş bölmə rəisi İsfəndiyar Mehbalıyev də Pirallahı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

 

Xatırladaq ki, Bakının 12-ci rayonu sayılan Pirallahı rayonu 2012-ci ilin dekabrında yaradılıb.

 

İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin oğludur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3085
avatar

Oxşar yazılar