Melkonyanı məhv edənlər haqda film təqdim olundu
17 oktyabr 2014 12:54 (UTC +04:00)

Melkonyanı məhv edənlər haqda film təqdim olundu

 Bakı Beynəlxalq Mətbuat Mərkəzində “258 nömrəli PDM-in ekipajı” sənədli filminin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, film döyüş maşınının 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanın məhv etmiş ekipaj üzvlərindən bəhs edir.

 

Filmdə şahidlərin, hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarından danışılır.

 

Filmin ssenari müəllifi Şahin Hacıyev, rejissoru Elcan Məmmədov, operatoru Elman Nəbiyev, montajçısı Sərxan Vəliyevdir. Film Nəcəf Nəcəfov fondunun dəstəyi ilə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar