Gəncədə 14 yaşlı qız dəm qazından boğularaq ölüb. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə bu gün saat 17 radələrində şəhərin Mahrasabağı yaşayış massivi, Rəfibəyli 99 ünvanında qeyd alınıb. Həmin ünvanda yaşayan 14 yaşlı Aysel Hüseynli hamamda çimərkən qazla işləyən su qızdırıcısında yaranan nasazlıq dəm qazının hamama dolması ilə nəticələnib. Yeniyetmə zəhərlənərək dünyasını dəyişib. Dərhal hadisə yerinə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin və Gəncə Şəhər Qaz İstismar Sahəsinin nümayəndələri gəliblər.
Xatırladaq ki, A.Hüseynli 16 nömrəli məktəbin şagirdi olub. Baş vermiş bədbəxt hadisə ilə bağlı aidiyyəti orqanlarda araşdırma aparılır.

Məktəbli qız faciəvi şəkildə öldü
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45