Abşeronda 5 məktəbdən oğurluq edildi - DİQQƏT
04 mart 2016 13:58 (UTC +04:00)

Abşeronda 5 məktəbdən oğurluq edildi - DİQQƏT

0

 

Abşeronda məktəblərdən oğurluq edən şəxslər saxlanılıb.

 

Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompüter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbindəki seyfdən 700  manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompüter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar