APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müəssisədə müalicə olunan məhkum, 1965-ci il təvəllüdlü Bəxtiyar Rəşid oğlu Yusifov xəstəlikdən dünyasını dəyişib.
B. Yusifov bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.