Maşın piyadanı vuraraq hadisə yerindən qaçdı
03 iyun 2016 04:50 (UTC +04:00)

Maşın piyadanı vuraraq hadisə yerindən qaçdı

0

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən  yol nəqliyyat hadisəsi baş verib. APA-nin məlumatına görə,  hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Yolu keçmək istəyən 64 yaşlı Firuz Ləzgiyevi avtomobil vurub. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub.

 

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücünün axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar