Masallı rayonunda yaşayış evində partlayış olub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dünən axşam saatlarında İlkin Şabanzadənin yaşadığı mənzildə təbii qazın sızmasından ani partlayış baş verib.
Partlayış nəticəsində yanıq xəsarəti almış İ.Şabanzadə xəstəxanaya yerləşdirilib.
Evə zərər dəyməyib.