Masallıda güclü partlayış: 4 yaralı - <span style="color:red;">YENİLƏNİB
15 mart 2014 17:05 (UTC +04:00)

Masallıda güclü partlayış: 4 yaralı - YENİLƏNİB

0

Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1700

Oxşar yazılar