Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kolları aşkar edilib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Axundova məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu müəyyən edilərək götürülüb.
Bundan başqa, Şəki ŞRPŞ əməkdaşları tərəfindən rayonun 2-ci Biləcik kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 8 ton 120 kiloqram olan 3020 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.