Mağazadan oğurluq edənlər saxlanıldı
22 noyabr 2014 14:19 (UTC +04:00)

Mağazadan oğurluq edənlər saxlanıldı

0

Bakı şəhər sakinləri Məcid Məmmədova və Xanım Quliyevaya məxsus mağazalardan pul və tütün məmulatı oğurlamış, habelə İlyas Şükürova məxsus mağazadan oğurluğa cəhd göstərmiş şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Aslan oğlu Bədəlov və Ağdaş rayon sakini Fərid Rəhimov istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar