Lütfi Zadə gələn həftə I Fəxri Xiyabanda dəfn ediləcək
16 sentyabr 2017 19:38 (UTC +04:00)

Lütfi Zadə gələn həftə I Fəxri Xiyabanda dəfn ediləcək

 

Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək.

 

Lent.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.

 

“Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var” – deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 

Artıq Lütfi Zadənin məzarı qazılıb.

 

Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.

 

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 98
avatar

Oxşar yazılar