Lənkəranda bağlı qapı arxasında köməksiz qalmış qadın xilas edilib.
FHN-nin Cənub Regional Mərkəzindən APA-ya verilən məlumata görə, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 78-də yaşayan 42 yaşlı qadın bağlı qapı arxasında qalıb. Hadisə yerinə Cənub Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə giriş qapısından daxil olaraq qadını xilas ediblər.
Məlum olub ki, mənzildə köməksiz vəziyyətdə qalan İlhamə İbrahimova ruhi xəstədir.