Lənkəran rayonunda ana ölümü faktı baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran rayonunun Şıxakəran kənd sakini, 1978-ci il təvəllüdlü Səfərova Arifə Mədaxil qızı aprelin 26-da Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.
Evə buraxılan qadın mayın 3-də evdə dünyasını dəyişib.
Dünyasını dəyişən qadının atası, Lənkəran rayonunun Mamusa kənd sakini Mədaxil Qasımov APA-ya bildirib ki, qızı 3 gün xəstəxanada qalandan sonra evə buraxılıb: “Xəstəxanadan çıxanda bizə gətirdik. Üç gündən sonra ürəyinin sıxıldığını dedi. Təcili yardın çağırdıq. Həkimlər tibbi yardım göstərəndən sonra vəziyyəti yaxşılaşdı.
Səhəri gün isə ayağında qızartı yarandı. Yenidən təcili yardıma müraciət etdik. Bu dəfə həkim trombdan şübhələndiyini bildirdi. Elə həmin gün də qəflətən evdə dünyasını dəyişdi”.