Kürdəmirdə ikinci dəhşətli hadisə: <span style="color:red;">rayon ŞOKDA
11 may 2014 14:40 (UTC +04:00)

Kürdəmirdə ikinci dəhşətli hadisə: rayon ŞOKDA

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmir şəhər Yaşar Seyidov küçəsində 1947-ci il təvəllüdlü Qasımova Güleyşə Ağacan qızı özünü asaraq intihar edib. Onun asılı vəziyyətdə qalmış meyitini ailə üzvləri həyətdə aşkarlayıblar.

 

Bildirilir ki, intihar edən 67 yaşlı qadın Bakı şəhər Yasamal rayon sakinidir. Əslən Kürdəmirdən olan G.Qasımova rayondakı qardaşı evində bir müddət imiş ki, qonaq qalırmış.

 

Onun oğlunun bir neçə il əvvəl dünyasını dəyişdiyi, oğul nəvəsinin isə avtomobil qəzasında öldüyü də bildirilir. Qadının da məhz bu psixoloji sarsıntılardan sonra həyatına qəsd etdiyi güman edilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Qeyd edək ki, dünən rayonun Qağaclı kəndində də intihar hadisəsi baş verib. 37 yaşlı qadın özünü yandırıb. O, ağır vəziyyətdə Bakıya gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11178
avatar

Nizam Rza

Oxşar yazılar