Kür çayının üzərində yeni körpü tikilib
17 iyul 2014 17:45 (UTC +04:00)

Kür çayının üzərində yeni körpü tikilib

“Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib

 

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9 km-də, Şirvan şəhəri ərazisində Kür çayı üzərində yeni körpünün tikintisinin son tamamlanma işləri ilə əlaqədar yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, qeyd edilən hissədə hərəkət iyulun 18-dən 20-nə kimi bağlı olacaq: “Sürücülərdən alternativ yoldan istifadə etmələrini tövsiyə edirik”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944
avatar

Oxşar yazılar