Şəmkirdə çayda batan şəxsin meyiti sudan çıxarılıb. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Morulu kənd sakini 1999-cu il təvəllüdlü Cabbarov Purxan Kür çayının Şəmkir rayon Kür qəsəbəsinin ərazisindən keçən hissəsində çimərkən boğulub. Əraziyə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu gəncin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
**** 19.05
Kür çayında növbəti bədbəxt hadisə qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.