Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
25 noyabr 2014 15:43 (UTC +04:00)

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, İran istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməyə cəhd olub və Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində bunun qarşısı alınıb.

 

Bundan başqa, həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən ölkəyə gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395
avatar

Oxşar yazılar