Kredit borcu olan daha bir iş adamı həbs edilib
16 may 2015 00:30 (UTC +04:00)

Kredit borcu olan daha bir iş adamı həbs edilib

Nərimanov Rayon Məhkəməsi kredit borcuna görə daha bir iş adamı barəsində həbs qətimkan tədbiri seçib.

 

Virtualaz.org saytının xəbərinə görə, məhkəmənin qərarı ilə “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov həbs edilib.

 

 

“İnter Glass” şirkətinin prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur.

 

“İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda  nəhəng “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar