Antikorrupsiya idarəsinin işçilərinin sayı artırıldı
25 iyul 2014 18:32 (UTC +04:00)

Antikorrupsiya idarəsinin işçilərinin sayı artırıldı

0

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının sayı artırılıb. Lent.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı fərmana əsasən, baş idarənin əməkdaşlarının sayı 100 nəfərdən 140 nəfərə qədər artırılıb.

Sərəncama uyğun olaraq, adıçəkilən baş idarədə idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. Baş İdarənin tərkibində yaradılan struktur bölmələrinin səlahiyyətləri Baş prokuror tərəfindən müəyyən ediləcək. Baş İdarəyə vəzifəsinə görə baş prokurorun müavini hesab edilən baş idarənin rəisi rəhbərlik edəcək.

Onu da qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev eyni zamanda baş prokuror Zakir Qaralova müavin təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1222

Oxşar yazılar