Kobanidə azərbaycanlı gənci edam ediblər
17 oktyabr 2014 15:31 (UTC +04:00)

Kobanidə azərbaycanlı gənci edam ediblər

Suriyanın Kobani şəhərində kürd silahlıları “İslam dövləti” qruplaşmalarının sıralarında döyüşən azərbaycanlı gənci edam ediblər.

 

APA-nın “France Press” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyəyə sığınan suriyalı kürd qaçqınlardan Cüneyt Hemo adlı şəxs AFP-yə müsahibəsində Kobanidə 20 yaşlarında olan azərbaycanlının əsir götürülməsindən söz açıb.

 

O bildirib ki, Kobani şəhərinin qərb hissəsində gedən atışmalar zamanı ələ keçirilən döyüşçünü məscidə aparıblar: “Onunla danışaraq fikrini dəyişməyə çalışdılar. Amma o, dönə-dönə deyirdi ki, biz kafirik və onlar bizi doğru İslam yoluna gətirmək əmrini yerinə yetirirlər. İyirmi yaşlarında olardı. Ərəbcə danışırdı. Azərbaycandan bu torpaqları “kafirlərdən xilas etmək üçün” gəldiyini dedi. O, dayanmadan yalvarırdı ki, onu öldürək, çünki belə cənnətə gedəcək”.

 

C.Hemonun sözlərinə görə, dindirilən zaman təmkinli davranan azərbaycanlı gənc ancaq öldürülməsini istəyib və mübahisə uzandıqda, kürd silahlıları onun başına atəş açaraq öldürüblər.

 

Sözügedən azərbaycanlı İŞİD üzvünün kimliyi barədə əlavə məlumat yoxdur.

# 5827
avatar

Oxşar yazılar

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53
Bakıda qadın evdən pul və 3 telefon  oğurladı

Bakıda qadın evdən pul və 3 telefon oğurladı

25 may 2024 , 17:06
Nərgiz Absalamova

“Abzas Media”nın əməkdaşının həbs müddəti uzadıldı

25 may 2024 , 16:11
Qadın özünü 23-cü mərtəbədən  atdı

Qadın özünü 23-cü mərtəbədən atdı

25 may 2024 , 16:00
Bakıda şadlıq sarayında müğənni qarət olundu

Bakıda şadlıq sarayında müğənni qarət olundu

25 may 2024 , 15:09
Bakıda maşın qaçıran  kişi və qadın belə tutuldu - VİDEO

Bakıda maşın qaçıran kişi və qadın belə tutuldu - VİDEO

25 may 2024 , 14:36