Kişinin boyunbağısını alan 3 nəfər tutuldu
01 may 2015 11:58 (UTC +04:00)

Kişinin boyunbağısını alan 3 nəfər tutuldu

0

Bakıda quldurluqda şübhəli bilinən 3 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də saat 23 radələrində M.Hadi küçəsində Mingəçevir şəhər sakini Bəxtiyar Əliyevə qarşı bıçaqla quldurluq əməli törətməklə onun qızıl boyunbağısını talamaqda şübhəli bilinən Quba rayon sakini, 1979-cu il təvəllüdlü Daşqın Ramazan oğlu Becanov, Naxçıvan şəhər sakini, 1980-ci il təvəllüdlü Vüqar Məcid oğlu Məmmədov və Şəki rayon sakini Laçın İsfəndiyar oğlu Şərifli müəyyən olunaraq yaxalanıb.

 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar