[b]Kənd sakinini vuraraq öldürüb qaçan sürücü uzaq gedə bilmədi [/b]
02 may 2019 12:34 (UTC +04:00)

[b]Kənd sakinini vuraraq öldürüb qaçan sürücü uzaq gedə bilmədi [/b]

0
Mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, kənd sakini hadisə yerində ölüb.
 
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.
 
Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini H.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Tərtər RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 927

Oxşar yazılar