Keçmiş məhkumun evində tiryəkxana aşkarlandı
30 aprel 2015 01:09 (UTC +04:00)

Keçmiş məhkumun evində tiryəkxana aşkarlandı

Lənkəranda tiryəkxana aşkarlanıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib.

 

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, 4 ünvanında yaşayan, əvvəllər iki dəfə məhkum olunmuş 1976-cı il təvəllüdlü İdrak Bayraməli oğlu Ələkbərovun evindən 2 kiloqram 03 qram narkotik vasitə olan heroin, 38 ədəd şpris, limon duzu, qızılı kağız, heroin qaynatmaq üçün ləvazimatlar aşkar edilərək götürülüb. Həmçinin İdrak Ələkbərovun yaşadığı ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdığı, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyənləşdirilib.

 

Keçmiş məhkumun evində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrdən istifadə edən daha 5 nəfər saxlanılıb.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar