Şəkinin Aşağı Göynük kəndində bıçaqlanma hadisəsi baş verib. Bir il əvvəl boşanan 28 yaşlı Vüqar Mustafayev bıçaqla keçmiş arvadının boğazını və ağzını kəsib. Hadisə zərərçəkənin müəllim işlədiyi məktəbin qarşısında olub. 38 yaşlı Validə Zamanova dərsdən çıxarkən keçmiş şagirdlərin gözü qarşısında ona hücum edib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
O, hadisə barədə bunları deyib: "Mənə babası da, atasıda elçi gəlmişdi. Onda məni işləməyimə etiraz elədilər. Dedilər ki, gəlin işləməsin. Babası dedi ki, Vüqar gərək bu qadını öldürəydi. Mən qırmızı diplom üçün oxudum".
APA TV-nin xəbərinə görə, onlar 2010-cu ildə ailə qurublar və 4 yaşında bir qız övladları var. Keçən il rəsmi olaraq ayrılıblar. Validə Zamanova dəfələrlə əri tərəfindən döyüldüyünü bildirir. Ayrıldıqdan sonra Vüqar Mustafayev keçmiş həyat yoldaşını təhdit edib və öldürəcəyi ilə hədələyib. Bu, Vüqar Mustafayevin ikinci evliliyidir.
Vüqar Mustafayev saxlanılıb.O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.