Keçiddən keçməyən piyadanı maşın vurub
01 avqust 2014 03:05 (UTC +04:00)

Keçiddən keçməyən piyadanı maşın vurub

0
Aeroport yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, yolu keçmək istəyən təxminən 25-27 yaşlarında kişi sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

 

Qəza nəticəsində piyada hadisə yerindəcə keçinib. Əraziyə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Meyit şəxsiyyətinin müəyyən edilməsi üçün morqa aparılıb. Piyadanı vuran “Mercedes”in sürücüsü polis tərəfindən saxlanılaraq ifadəsinin alınması üçün idarəyə aparılıb.

 

Qeyd edək ki, qəza piyada keçidinin düz yanında baş verib. Həyatından olan gənc piyada keçidindən istifadə etmək əvəzinə cəld yolu keçmək istəyib və bu zaman sürətlə gələn maşın tərəfindən vurulub.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1296

Oxşar yazılar