Xəzər dənizində itkin düşən balıqçıları tapmaq mümkün olmayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
Qeyd edək ki, oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqla Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.