İsveçə yeni səfir təyin olunub. Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, dövlət başçsının digər sərəncamı ilə Adış Sakit oğlu Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.