"Qarabağ Partizanları"nın rəhbəri olmuş İŞİD-in azərbaycanlı komandiri Kobanidə öldürüldü
0
0
Koalisiya güvvələrinin Kobanidə həyata keçirdiyi bombardıman nəticəsində İŞİD-in komandirlərindən biri, əslən azərbaycanlı olan Rövşən Bədəlov öldürülüb.
Lent.az-ın Avropa.info-ya istinadən verdiyi xəbərə görə, tabeçiliyindəki 25 nəfərlə birlikdə öldürülən 50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov əslən Tərtər rayonundandır. Onun 90-cı illərin əvvəlində Azərbaycanda Milli Azadlıq Hərəkatında iştirak etdiyi, 2001-ci ildə isə çeçen mücahidlərinə qoşularaq Pankisi dərəsində Rusiya ordusuna qarşı vuruşduğu bildirilir.
2002-ci ildə Pankisidə yaratdığı "Qarabağ Partizanları" adlı silahlı qruplaşma Azərbaycana keçərək ermənilərlə vuruşmağa cəhd edib, lakin həbs olunaraq, 10 il həbs cəzasına məhkum olunub.
2013-cü ildə həbsdən çıxan Bədəlov bir ay Azərbaycanda qaldıqdan sonra Suriyaya keçərək aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət olan "Tabu" adlı bir qrup yaradıb. Daha sonra öz qrupu ilə birlikdə IŞİD-in tərəfinə keçib.
0
0