İş adamı Nizami Piriyev barəsində həbs qərarı
12 may 2015 14:50 (UTC +04:00)

İş adamı Nizami Piriyev barəsində həbs qərarı

İş adamı, “PNN Group” şirkətinin təsisçilərindən biri olan Nizami Piriyev həbs olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.

 

Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə Piriyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Nizami Piriyevin və oğlu Nəsib Piriyevin təsisçisi olduqları “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar