İranla sərhəddə narkotik vasitə və psixotrop maddə aşkarlandı
30 oktyabr 2019 19:56 (UTC +04:00)

İranla sərhəddə narkotik vasitə və psixotrop maddə aşkarlandı

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.
 
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Səfərov Nicat Elçin oğlu özünü şübhəli apardığına görə saxlanılıb və şifahi sorğu-sual olunub. O, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilmiş, 7 ədəd sellofan bükümdə ümumi çəkisi 21 qram olan psixotrop maddə - metamfetamin, çəkisi 99 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 43 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək və 29 ədəd üzərində F/M40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı metadon adlı həb aşkarlanıb. Daha sonra vətəndaş həmin bükümləri gömrük sərhədindən keçirdikdən sonra əvvəlcədən razılaşdırılmış qaydada Bakı şəhərində yaşayan tanışına təhvil verəcəyini bildirib. Cinayət əlaqəsində olan digər şəxsləri müəyyənləşdirmək məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilib və Əliyev Ramil Əli oğlu adlı şəxs 7 ədəd bükümdə olan maddələri Səfərov Nicat Elçin oğlundan təhvil almaq istəyərkən saxlanılıb.
 
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar