İnternat məktəbin sakini cinayət başında yaxalandı
30 aprel 2015 10:21 (UTC +04:00)

İnternat məktəbin sakini cinayət başında yaxalandı

Sumqayıtda oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh küçəsi 2 ünvanında yerləşən “Göyərçin” marketin pəncərəsini xüsusi düzəldilmiş alətlə açmaq istəyən Qubadlı rayon sakini, Sumqayıtdakı  2 saylı internat məktəbində məskunlaşan 1986-cü il təvəllüdlü Məmmədov İmdad Fikrət oğlu saxlanılıb. Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanan şəxs sonrakı araşdırmalar aparılması üçün Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə təhvil verilib.

 

Faktla bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96
avatar

Oxşar yazılar