İmişlidə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb
24 may 2019 02:29 (UTC +04:00)

İmişlidə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

0
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 01:00 radələrində İmişli-Qaradonlu magistralında qeydə alınıb. 
 
“VAZ 2106” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. “VAZ 2106”-da olan İmişli sakinləri, sürücü 1988-ci  il təvəllüdlü Cəfərov Vasiv İbadət oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Cəfərova Həmidə və 2012-ci il təvəllüdlü Cəfərli Yusif müxtəlif dərəcəli bədən xəsarətlərilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1445

Oxşar yazılar