İmişlidə qəza: [b]ana və qızı yaralandı[/b]
25 iyul 2018 23:42 (UTC +04:00)

İmişlidə qəza: [b]ana və qızı yaralandı[/b]

İmişlidə yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

 

İlham Cavadovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında dayanan digər “Mercedes” markalı avtomobilə çırpılıb.

 

Nəticədə avtomobildə olan 1958-ci il təvəllüdlü Cavadova Nazimə Miradəm qızı və onun azyaşlı qızı,  2005-ci il təvəllüdlü Cavadova Arəstə İlham qızı müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar