Avqustun 10-da İmişli rayonunda silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Çaxırlı kənd sakini Nail İbrahimov həyətində xuliqanlıq zəminində qardaşı Cəbrayıl istiqamətində ov tüfəngindən atəş açaraq bud nahiyəsindən ona xəsarət yetirib.
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.