İki nəfər qazdan zəhərlənib öldü
25 noyabr 2016 12:04 (UTC +04:00)

İki nəfər qazdan zəhərlənib öldü

0

Azərbaycanda daha iki nəfər dəm qazından ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 19-da Nəsimi rayonu ərazisindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Tahir Süleymanov noyabrın 24-də orada ölüb.

 

Bundan başqa noyabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Gülnarə Məstanova evində dəm qazından zəhərlənərək ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar