İki nəfər müammalı şəkildə bıçaqlandı
01 may 2015 01:58 (UTC +04:00)

İki nəfər müammalı şəkildə bıçaqlandı

0

Zaqatalada iki nəfər müammalı şəkildə bıçaqlanıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprel  30-u axşam saat 22:30 radələrində rayonun Əliabad qəsəbə sakininləri  1996-cı il təvəllüdlü Ruslan Rəhim oğlu Hüseynov döş qəfəsinin sağ nahiyəsinin və sol bazunun üçdəbirinin kəsilmiş və deşilmiş bıçaq yarası, 1994-cü il təvəllüdlü Fərhad Xanlar oğlu Abdullayev isə döş qəfəsinin sol nəhiyyəsinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olublar. Hazırda Zaqatala RMX-nın həkimləri bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmuş Ruslan Hüseynovun və Fərhad Abdullayevin müayinəsi ilə məşğul olduqları bildirilir və onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

 Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda  Ruslan Hüseynovun və Fərhad Abdullayevin bıçaqlanması faktı təsdiqlənib. Bildirilir ki,  hazırda Zaqatala RPŞ-nin əməkdaşları cinayətin  hansı zəmnində baş verdiyini araşdırmaq üçün hadisənin baş verdiyi Əliabad qəsəbəsində axtarış-əməliyyat tədbirləri keçirir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar