İcra başçısı qəzaya uğradı
11 iyul 2014 23:55 (UTC +04:00)

İcra başçısı qəzaya uğradı

0

Bakı-Qazax avtomagistralında qəza baş verib. 

Lent.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, Dövlət Yol Polisindən bildirilib ki, “Toyota Land Cruiser” markalı avtomobil qəflətən idarəetməni itirərək dəmir dirəklərə dəyib. Nəticədə asfalt-beton örtüyünə, eləcə də dəmir qoruyuculara ziyan dəyib.

Məlumata əsasən xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil Kürdəmir rayon İcra Hakimiyyətinə məxsusdur, avtomobili icra başçısı Ceyhun Cəfərov özü idarə edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3739

Oxşar yazılar