“Yanğın baş verən binanın sakinləri mənzillərinə baxmaq, oradan əşyalarını çıxarmaq istəsə, bu gün onlara şərait yaradılacaq”.
APA-nın xəbərinə görə, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.
İH başçısı bildirib ki, sakinlərə siyahı əsasında öz evlərindən əşyalarını çıxarmağa da şərait yaradılacaq.
X. İsgəndərov onu da qeyd edib ki, yanmış binanın sakinləri onlara ayrılan mənzillərdə qalmaq istəməsələr, onlara yaşamaq istədikləri evin kirayə haqqı ödəniləcək.